Ana Sayfa > Gündəm / Karusel > Bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb - RƏSMİ
Bir ildə 1 milyon 600 mindən çox radar cəriməsi yazılıb - RƏSMİ1-06-2017, 18:33. Yazar: admin |
Azərbaycanda bir il ərzində radara düşərək, cərimələnənlərin sayı açıqlanıb. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnikiKamran Əliyev açıqlamasında deyib ki, 2016-cı il ərzində ümumilikdə 2,861,880 yol hərəkəti qayda pozuntusu aşkarlanıb. "Yazılan protokolların 1 milyon 600 mindən çoxu elektron protokollardır. Bu protokollar xüsusi texniki vasitələrin (radar) köməyi ilə qeydə alınıb. Qayda pozuntularının böyük bir qismi sürət həddini aşma ilə bağlıdır”.(modern.az) AİA.az Geri dön |