Ana Sayfa > Media / Karusel > Obama 8 milyon dollara ev aldı

Obama 8 milyon dollara ev aldı


1-06-2017, 12:22. Yazar: admin
Obama 8 milyon dollara ev aldı



ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun prestijli rayonunda 8,1 milyon dollar dəyərində ev alıb.
Bu barədə "CNN” məlumat yayıb.

"Sabiq prezident və xanımının ən azı 2 il yarım burada qalacağı nəzərə alınsa, onlar üçün bu evi icarəyə götürməkdənsə almaq daha məntiqlidir”, - deyə Obama ailəsinin rəsmi nümayəndəsi Kevin Lyis bəyan edib.

Telekanalın məlumatına görə, ailənin aldığı evin 9 yataq, 8 hamam otağı var.

AİA.az
Geri dön