Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək

Bəxtiyar Vahabzadənin 90 illik yubileyi keçiriləcək


17-10-2015, 17:26. Yazar: admin


Azərbaycanın xalq şairi, əməkdar incəsənət xadimi Bəxtiyar Vahabzadənin 90 illik yubileyilə bağlı təntənəli yubiley mərasimi keçiriləcək

Axşam.az-ın məlumatına görə, mərasim oktyabrın 29-da Heydər Əliyev Sarayında keçiriləcək. Təntənəli yubiley tədbirində dövlət və hökumət nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edəcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəkidə anadan olub, 2009-cu il fevralın 13-də isə 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Geri dön