Ana Sayfa > Parlament / Karusel > Bakıda 11 nəfəri ilan sancdı
Bakıda 11 nəfəri ilan sancdı31-05-2017, 16:38. Yazar: admin |
Azərbaycanda may ayı ərzində 12 nəfəri ilan sancıb. AİA.Az xəbər verir ki, bu haqda modern.az-a Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Baş toksikoloq deyib ki, ilan zəhərlənməsi ilə müraciət edənlərdən 4 nəfərinin vəziyyəti ağır olub. "Onların hər birinə zərdab vurulub, lazımi tibbi yardım göstərilib. Vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar. İlan sancması ilə bağlı müraciət edənlərdən 1 nəfər Qəbələdən olub, qalan hamısı Bakıdandır". O həmçinin qeyd edib ki, may ayı ərzində 3 sarı əqrəb sancması ilə bağlı müraciət daxil olub: "Onlarda zəhərlənmə qeydə alınmayıb. Məsləhət verildikdən sonra evə buraxılıblar". A.Maqsudovun sözlərinə görə ilan və sarı əqrəb sancması ilə bağlı müraciət edənlər arasında azyaşlılar olmayıb. AİA.az Geri dön |