Ana Sayfa > Dünya > Terror Tünzalənin planlarına mane oldu

Terror Tünzalənin planlarına mane oldu


31-05-2017, 16:37. Yazar: admin
Terror Tünzalənin planlarına mane oldu




Əməkdar artist Tünzalə Ağayevanın Moskvada verəcəyi solo konsert təxirə düşüb.

AİA.Az axşam.az-a istinadən bildirir ki, tədbir bir müddət əvvəl "Vegas city hall"da keçirilməli idi.

T.Ağayevanın prodüseri Yalçın Cabbarov bildirib ki, buna səbəb Moskvada baş verən terror hadisələri olub:

"Terror hadisələrindən sonra konserti təxirə salmaq qərarına gəldik. Bu yaxınlarda isə ölkəmizdə İslam Həmrəyliyi Oyunları başladı. Tünzalə Ağayeva oyunlarda ulduz səfir olduğu üçün başı o işlərə qarışdı. Yaxın günlərdə heç bir konsert haqda düşünmürük. Moskva konsertini isə payızda reallaşdırmağı planlaşdırırıq".

AİA.az
Geri dön