Ana Sayfa > Gündəm / Manşet > Nazirlikdən əhaliyə hava xəbərdarlığı

Nazirlikdən əhaliyə hava xəbərdarlığı


31-05-2017, 10:57. Yazar: admin
Nazirlikdən əhaliyə hava xəbərdarlığı



Mayın 31-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 15-17° isti, gündüz 24-29° isti olacağı gözlənilir. Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Mayın 31-də Abşeron yarımadasında komfort temperatur rejiminə yaxın hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, iyunun 01-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, əsasən yağmursuz keçkəcək. Səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 27-32° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Xəbərdarlıq

Mayın 31-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 3-ü axşamadək davam edəcək.

AİA.az
Geri dön