Ana Sayfa > Gündəm > Ərdoğanın baş müşaviri Bakıda erməniləri ifşa etdi

Ərdoğanın baş müşaviri Bakıda erməniləri ifşa etdi


30-05-2017, 17:35. Yazar: admin
Ərdoğanın baş müşaviri Bakıda erməniləri ifşa etdi



Erməni tarixçiləri belə "erməni soyqırımı"nın yalan olduğunu etiraf edirlər.

Modern.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri, professor Seyit Sertçelik “Rus və Erməni Mənbələri İşığında Erməni Problemi və Meydana Çıxma Prosesi 1678-1914” adlı ikicildlik əsərinin Bakıda təşkil olunan təqdimatında deyib.

O qeyd edib ki, ermənilərin soyqırım iddiaları tarixi faktlara yox, insanların uydurduğu xatirələrə dayanır: " Əksinə ermənilər türk coğrafiyasında həmişə işğalçı olub. Erməni işğalı ilk dəfə 17-ci əsrə təsadüf edir. 1828-ci ildə ilk dəfə ermənilər Osmanlıda silahsız xalqa qarşı qətliam törədiblər. Bu qətliamlar günümzə qədər davam edib."
Təqdimatda həmçinin Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmirəslanov, alim Nizami Cəfərov və tarixçi Musa Qasımlı çıxış edərək faktlara əsaslanan kitabın erməni problemi haqqında həqiqətləri ictimaiyyətə çatdırmaqda əhəmiyyətini qeyd ediblər. Kitab Türkiyə Perolleri (TPAO) şirkətinin dəstəyi ilə Azərbaycan dilinə tərcümə edilərək çap edilib.

Türkiyədə nəşr olunan ikicildlik kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub ve heç bir kommersiya məqsədi güdmədən Azərbaycan rəsmilərinə, tədris müəssisələrinə (universitet və məktəblər) eləcə də digər ictimai qurum və təşkilatlara paylanılacaq.

AİA.az
Geri dön