Ana Sayfa > Gündəm > Mehriban Əliyeva yeni köçkün şəhərciyinin təməlqoyma mərasimində iştirak edib
Mehriban Əliyeva yeni köçkün şəhərciyinin təməlqoyma mərasimində iştirak edib30-05-2017, 17:12. Yazar: admin |
Mayın 30-da Bakının Qaradağ rayonunun Qobu qəsəbəsinin ərazisində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoyub. Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış edib. Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış ediblər. AİA.az Geri dön |