Ana Sayfa > Gündəm > Ombudsman bir ildə 1874,8 min manat xərcləyib
Ombudsman bir ildə 1874,8 min manat xərcləyib30-05-2017, 17:08. Yazar: admin |
2016-cı ildə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) aparatı üzrə 1894,4 min manat həcmində xərclər smetası təsdiq olunub. Bu da 2015-ci illə müqayisədə 0,1 min manat çoxdur. İl ərzində təyinata qarşı 1875,7 min manat maliyyələşmə açılıb, 1874,8 min manat və ya təyinatın 99%-i həcmində kassa xərci və 1867,9 min manat faktiki xərclənib. Modern.az-ın məlumatına görə, bu “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib. Ombudsmanın saxlanması üçün 2016-cı ildə sərf edilmiş vəsait 2015-ci illə müqayisədə 60,1 min manat (3,2%) çoxdur. Bununla yanaşı, hesabat ilində mühafizə xərclərinin ödənilməsi məqsədilə “Qanunvericilik və icra hakimiyyəti orqanlarının təşkilati strukturunun təkmilləşdirilməsi” ilə bağlı xərclərdən əlavə olaraq 2,7 min manat məbləğində vəsait təsdiq olunub və 100% həcmində maliyyəşmə açılaraq xərcə yönəldirilib. Hesabat ilində faktiki xərc 2,7 min manat məbləğində olub. 2016-cı ildə sərf edilmiş vəsaitin 1479,4 min manatı (78,8%-i) əməyin ödənişi xərclərinə, 283,0 min manatı (15,1%-i) malların (işlərin və xidmətlərin) satın alınmasına, 22,8 min manatı (1,2%-i) təqaüdlər və sosial müavinətlər üzrə, 82,8 min manatı (4,4%-i) digər xərclərə, 9,5 min manatı (0,5%-i) qeyri-maliyyə aktivlərinin alınmasına yönəldilib. Xərclərin tərkibində təqaüdlər və sosial müavinətlər üzrə xərclər 2015-ci illə müqayisədə 49,1% çox icra edilib. AİA.az Geri dön |