Ana Sayfa > Gündəm / Karusel > Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi - Yenilənib+FOTOLAR
Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirdi - Yenilənib+FOTOLAR30-05-2017, 17:02. Yazar: admin |
Azərbaycan Dillər Universitetində (ADU) dövlət imtahan formasının bərpasına etiraz edən tələbələrlə təhsil nazirinin müavini Ceyhun Bayramovla görüş keçirilib. Görüşdə bildirilib ki, tələbələrin dediyi fikirlər dinlənilir, müzakirə edilir: "Ali təhsil müəssələrində qiymətləndirmə müxtəlif ola bilər. Biz onu da başa düşürük ki, hər bir tələbə diplom alıb, əmək bazarına daxil olmaq istəyir. Bu il dövlət imtahanının keçirilməsinə bir il bundan öncə qərar verilib. Sabah elmi şurada alınan qərar açıqlanacaq". **** Təhsil nazirinin müavini Ceyhun Bayramov tələbələrlə konfrans zalında görüşür. O, hər fakültədən bir tələbənin şikayətlərini dilə gətirməsini təklif edib. **** 13:56 Rektor Əfqan Abdullayev hazırda millət vəkili Fuad Muradovla universitetdə görüş keçirir. Tələbələrin çağırışına baxmayaraq o, universitetin önünə çıxmayıb. Aksiya bu dəqiqələrdə də davam edir. **** 12:29 Azərbaycan Dillər Universitetinin tələbələri aksiya keçirir. Musavat.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, tələbələr dövlət imtahanın ləğv olunmasını tələb edirlər. Etiraz aksiyasında təxminən 200-300 tələbənin iştirak etdiyi bildirilir. Qeyd edək ki, ADU-nun keçmiş rektoru Səməd Seyidovun ləğv etdiyi dövlət imtahanını bu il hazırki rektor Əfqan Abdullayev bərpa edib. Dördüncü kurs tələbələri isə iddia edir ki, onlar universitetə qəbul olduqları zaman imzalanan müqavilədə dövlət imtahanı olmayıb. Ə.Abdullayev isə bu qərarın Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini bildirir. Xatırladaq ki, may ayının 26-da pedaqoji təcrübənin yekunlaşması ilə bağlı keçirilən konfransda dördüncü kurs tələbəsi ilə rektor arasında gərginlik yaşanmıdı. Həmin hadisə böyük ajiotaja səbəb olmuşdu. 00:24 00:27 [media=https://www.youtube.com/watch?v=VJkXOPanxns] Geri dön |