Ana Sayfa > Gündəm > Nazir müavini: “Etirazçı tələbələrin fikirləri nəzərə alınmaqla sabah qərar qəbul ediləcək”
Nazir müavini: “Etirazçı tələbələrin fikirləri nəzərə alınmaqla sabah qərar qəbul ediləcək”30-05-2017, 16:39. Yazar: admin |
“Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək”. APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək. Nazir müavini qeyd edib ki, sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: “İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir”. Qeyd edək ki, universitetin tələbələri dövlət imtahanının bərpasına etiraz edirlər. AİA.az Geri dön |