Ana Sayfa > Gündəm > Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində
Azərbaycanlı alim Böyük İyirmiliyin Beyin Sammitində29-05-2017, 16:26. Yazar: admin |
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərundə Böyük İyirmiliyin (G20) Beyin Sammiti mayin 28-də Berlində öz işinə başlayıb. Sammitdə Almaniya, İsveç və eləcə də bir sıra inkişaf etmiş ölkələrin nazirləri ilə yanaşı George Akerlof, Edmund Strother Phelps, Michael Spence kimi Nobel mükafatı almış iqtisadçılar da iştirak edəcəklər. G20 Beyin Sammitində Azərbaycanı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov təmsil edir. CESD sədrinin Berlinə səfəri G20 Beyin Sammiti sədrinin dəvəti ilə reallaşıb. Qeyd edək ki, azərbaycanlı alim bütövlükdə regionadan sammitə dəvət edilən yeganə beyin mərkəzi rəhbəridir. CESD qlobal qiymətləndirmədə Cənubi Qafqaz və Orta Asiyanın ən güclü beyin mərkəzidir. Tədbirdə qlobal iqtisadi sisteminin üzləşdiyi problemlər, o cümlədən enerji və valyuta bazarlarındakı vəziyyət, sosial və vergi siyasətləri, aqrar məsələlər və proteksianizm kimi mövzualar müzakirə ediləcək. Eyni zamanda tədbirdə qlobal maliyyə sistemi və hətta Türkiyə- Avropa Birliyi kimi məsələlərə də toxunulması nəzərdə tutulur. Sammitdə eyni zamanda dünyanın 100 ölkəsindən dəvət edilən eyni sayda talantlı gənclər ilə beyin mərkəzləri rəhbərlərinin görüşü və müzakirələri nəzərdə tutulub. 3 gün davam edəcək görüşdə eyni zamanda bu ilin iyul ayında Hamburq şəhərində təşkil edləcək G20 ölkələrinin liderlərinin iştirak ilə keçiriləcək sammitində beyin mərkəzlərinin töhvəsi məsələləri də müzakirə mövzusu olacaq. Vüqar Bayramov bildirib ki, sammitdə qlobal enerji, maliyyə bazarları ilə bağlı təşkil edilən müzakirələrdə iştirak edəcək və eləcə də bir sıra panellər üzrə öz fikirlərinin bölüşdürülməsi nəzərdə tutulub. Qeyd edək ki, G20-ə hal-hazırda Almaniya sədrlik edir. AİA.az Geri dön |