Ana Sayfa > Təhsil > ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi
ADU dövlət imtahanı ilə bağlı açıqlama verdi29-05-2017, 16:26. Yazar: admin |
Dövlət imtahanı verməmək üçün şou yaradanların "arqument”ləri əsassızdır". Bu barədə Adalet.az-a Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya departamentindən bildiriblər. Qeyd olunub ki, ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş "Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən "Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır: "Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, "Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə "Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, Bolonya prosesinə qoşulmuş bütün ölkələrin ali təhsil müəssisələrində tələbələrin yekun buraxılış dövlət attestasiyası nəzərdə tutulur. Sonda onu da bildiririk ki, Azərbaycan Dillər Universitetində keçiriləcək yekun buraxılış dövlət attestasiyası ilə bağlı bütün prosedurlar qanunvericiliyin tələblərinə, mövcud normativ-hüquqi sənədlərə tam uyğundur və müvafiq mövzu və suallar ötən ilin sonundan universitetin rəsmi internet saytında yerləşdirilib". AİA.az Geri dön |