Ana Sayfa > Cəmiyyət > İki məktəblinin davası ölümlə nəticələndi

İki məktəblinin davası ölümlə nəticələndi


29-05-2017, 16:24. Yazar: admin
İki məktəblinin davası ölümlə nəticələndi



Masallıda iki məktəblinin münaqişəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Masallı rayonunun Boradigah qəsəbəsi ərazisindən qəsəbə sakini, 17 yaşlı Kənan Əliyev xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalarla K.Əliyevin həmin gün qəsəbə ərazisindəki təhsil aldığı orta məktəbin həyətində 11-ci sinif şagirdi olan İbrahim Rükabzadə tərəfindən döyülməsi müəyyən edilib.

İ.Rükabzadə Masallı RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

AİA.az
Geri dön