Ana Sayfa > Cəmiyyət > Bakıda əcnəbini döyən şəxslər saxlanılıb

Bakıda əcnəbini döyən şəxslər saxlanılıb


29-05-2017, 16:22. Yazar: admin
Bakıda əcnəbini döyən şəxslər saxlanılıb



Bakıda əcnəbi vətəndaşı döyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.


AİA.az
Geri dön