Ana Sayfa > Siyasət > Yuta Ştat Senatından 28 Mayla bağlı bəyannamə

Yuta Ştat Senatından 28 Mayla bağlı bəyannamə


29-05-2017, 16:18. Yazar: admin
Yuta Ştat Senatından 28 Mayla bağlı bəyannamə



ABŞ-ın Yuta ştatının senatoru Cin Deyvisin təşəbbüsü ilə Yuta Ştat Senatı Azərbaycanın Respublika Günü ilə əlaqədar təbrik bəyannaməsi qəbul edib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, bəyannamədə 1918-ci ildə Azərbaycan Respublikasının təsis edildiyi bildirilərək, müstəqillik yolunda tarixi addımların atıldığı qeyd olunur.

Vurğulanır ki, Azərbaycanda mövcud olan milli-mədəni və dini müxtəliflik sülh və əmin-amanlıq içərisində yaşamaq istəyən bütün xalqlar üçün nümunə təşkil edir. Həmçinin Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi, bu müddət ərzində ABŞ ilə yaxın əməkdaşlıq münasibətləri qurduğu bildirilir.

Sənədin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlanır.

AİA.az
Geri dön