Ana Sayfa > Siyasət / Karusel > ABŞ NATO-nu Rusiya üçün təhlükə hesab etmir

ABŞ NATO-nu Rusiya üçün təhlükə hesab etmir


29-05-2017, 11:00. Yazar: admin
ABŞ NATO-nu Rusiya üçün təhlükə hesab etmir



"NATO Rusiya üçün təhlükə kəsb etmir”.

Bunu ABŞ-ın müdafiə naziri Ceyms Mettis CBS telekanalına müsahibəsində bəyan edib.

"NATO Rusiya üçün təhlükə kəsb etmir. Bunu Moskvada gözəl anlayırlar. Bu gün Rusiyanın gələcəyi Avropa ilə bağlı olmalıdır. Onlar NATO-nu özlərinə əsas təhdid hesab edirlər. Mən bunu başa düşmürəm”, - deyə C.Mettis qeyd edib.

Onun sözlərinə görə, Rusiya NATO-ya qarşı strateji rəqib yolunu seçib. ABŞ-ın müdafiə naziri həmçinin bildirib ki, əgər Şimali Koreya ilə müharibə baş versə, bu hamı üçün fəlakət olacaq. (APA)


AİA.az
Geri dön