Ana Sayfa > Cəmiyyət > Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib

Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib


26-05-2017, 18:37. Yazar: admin
Hacıqabulda uşaq kimyəvi maddədən zəhərlənib



Hacıqabul rayonunda 9 yaşlı uşaq kimyəvi maddədən zəhərlənib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Meyniman kənd sakini, 2008-ci il təvəllüdlü Qəmbərova Nərmin Eldəniz qızı bitkilərdə zərərvericiləri məhv etmək üçün nəzərdə tutlan kimyəvi çiləyicidən zəhərlənib. Azyaşlı qız ağır vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Uşağı xilas etmək üçün respublika toksikoloji mərkəzindən həkimlər dəvət olunub.

Faktla bağlı araşdırma aparılır.

AİA.az
Geri dön