Ana Sayfa > Gündəm / Manşet > İpoteka ilə mənzil alanlara yeni binadan ev veriləcəkmi?
İpoteka ilə mənzil alanlara yeni binadan ev veriləcəkmi?26-05-2017, 13:35. Yazar: admin |
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli adına ipoteka ilə mənzili olan jurnalistlərin media işçiləri üçün tikilən binadan ev ala bilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. V.Səfərli açıqlamasında deyib ki, adına ipoteka ilə mənzili olan şəxslərin jurnalistlərin binasından da ev alması nəzərdə tutulmayıb: "Ev almaq üçün müraciət edəcək jurnalistlər üçün şərtlər müəyyən edilib. Həmin şərtlərdə isə ipoteka ilə mənzil alan şəxslərlə bağlı heç bir söz yazılmayıb. Şərtlərdə bu barədə nə isə yoxdursa, mən nə deyə bilərəm? Ona görə də hər şey şərtlərə uyğun olacaq. KİVDF həmin şərtlər əsasında sənədləri qəbul edəcək”. KİVDF-nin icraçı direktoru qeyd edib ki, ev almaq üçün müraciət edən jurnalistlərdən artıq sənədlər də daxil olmağa başlayıb: "Artıq sənədlər daxil olur. Hələ yeni başladığı üçün onların sayını deyə bilməyəcəm. Yəqin ki, növbəti günlərdə bu barədə məlumat veriləcək”.(publika.az) AİA.az Geri dön |