Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Sürücülərin diqqətinə: güclü duman var

Sürücülərin diqqətinə: güclü duman var


16-10-2015, 15:44. Yazar: admin


Havaların soyuması dağlıq ərazilərdən keçən yollarda özünü göstərib. Xüsusilə Ağsu dolaylarında duman səbəbindən görüntü məhdudlaşıb. Sürücülər günün müəyyən vaxtlarında çətin anlar yaşayıblar

Dolaylarda təhlükəli anlar yaşanıb. Səhər saatlarında yaranan qatı duman bu istiqamətdə avtomobillərin hərəkətini çətinləşdirib. Bəzi sürücülər yolda qalıblar.

Belə hallarda qəzalar da qaçılmaz olur. Ani diqqətsizlik bədbəxt hadisələrə yol aça bilər. Bu üzdən sürücülər mümkün qədər ehtiyatlı olmağa çalışırlar.

Sürücülər ara məsafəsinə maksimum riayət etməklə yollarına davam edirlər. Yollarda avtomobillərin çox aşağı sürətlə hərəkət etməsi diqqətdən yayınmır. Təbii ki, çıraqlardan istifadə etmək də zərurətə çevrilib.

Bu istiqamətdə hərəkət edən avtomobillərin sayında azalma müşahidə olunur. Əsasən də yola nabələd sürücülər alternativ yollardan istifadəyə üstünlük verirlər.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakı-Şamaxı, Şamaxı-Ağsu istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur. (Region Tv)
Geri dön