Ana Sayfa > Cəmiyyət > Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb

Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb


25-05-2017, 16:03. Yazar: admin
Mançesterdəki terror aktı ilə bağlı 8 nəfər saxlanılıb



İngiltərənin Mançester şəhərində baş vermiş terror aktı ilə əlaqədar 8 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, bunu şəhər polisinin rəisi İan Hopkins deyib.
O bildirib ki, həmin 8 nəfər hazırda həbsdədir: "Ötən gün saxlanılan daha bir nəfər isə artıq sərbəst buraxılıb".
Qeyd edək ki, mayın 22-də "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

AİA.az
Geri dön