Ana Sayfa > Gündəm / Karusel > Qarabağda “ikinci aprel” yaşana bilər?
Qarabağda “ikinci aprel” yaşana bilər?25-05-2017, 15:05. Yazar: admin |
2017-ci ilin mayı Qarabağ münaqişəsinin diplomatic cəbhəsindəki süstlüklə və təmas xəttində get-gedə artan gərginliyi ilə yadda qaldı. Ermənistan 2016-cı ilin aprelindən sonra gah şiddətlənən, gah da səngiyən atışmalar may ayında bir neçə ciddi insidnetə yol açdı. Onlar arasında Azərbaycanın pilotsuz uçuş aparatlarını hədəfə alan “OSA” zenith-raket kompleksini məhv etməsini misal çəkmək olar. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntüdə “OSA”nın məhv olunduğu aşkar görünsə də, erməni tərəfi rəsmi açıqlamada nəinki itki vermədiklərini, həmçinin, hadisə zamanı texnikanın qismən zədələndiyi açıqlamışdılar. Bunun ardınca, Ermənistan tərəfinin guya cavab tədbirləri çərçivəsində yaydıqları görüntülər isə Tərtər istiqamətində hərbi obyektlərdən kənarda yerləşən yaşayış obyektlərinin minomyot atəşinə tutulmasını göstərirdi. Son günlər cəbhə xəttindəki gündəlik atəşkəs rejimi ilə bağlı verilən məlumatlarda 60, 82 və 120 mm-lik minomyotlardan, D-44 VƏ D-30 toplarından geniş istifadə olunduğu barədə məlumatlar yer alır. Atəşkəs rejiminin iri kalibrli silahlardan istifadə olunmaqla pozulması təmas xəttində ciddi gərginliyin yarandığının göstəricisidir. Təmas xəttində gərginlik isə ilk növbədə Ermənistan rəhbərliyinin maraqlarına cavab verir. Belə ki, Yerevan rejimi çoxsaylı insan tələfatı ilə nəticələnən insidentlərin baş verməsi hesabına dünya birliyinə əzabkeş obrazını bir daha xatırlatmağa çalışacaq. Maraqlıdır ki, bu fionda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitri Şuqayev 2017-2018-ci illərdə Ermənistanın helikoper, Hava Hücumundan müdafiə sistemləri və hərbi texnika ilə təmin olunacağını bildirmişdi. Maraqlıdır ki. həmin texnika pulsuz olaraq Yerevana veriləcək. Moskvanın düşmən ölkənin mövqelərini möhkəmləndirməyə xidmət edən addımı da təmas xəttində gərginliyin saxlanılmasına hesablanmış qərar sayıla bilər. Bu isə Qarabağ cəbhəsində hələ çox yeni aprellərin olacağından xəbər verir. AİA.az Geri dön |