Ana Sayfa > Gündəm / Karusel > Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək
Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək25-05-2017, 11:07. Yazar: admin |
Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək. Bu barədə Trend-ə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib. Bildirilir ki, Xocalı hava limanının Azərbaycanın Respublikasının Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, “Aviasiya Haqqında” Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib. Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək. AİA.az Geri dön |