Ana Sayfa > Gündəm / Manşet > Ötən il Prezident Administrasiyasının saxlanılmasına xərclənən pulun məbləği – RƏQƏMLƏR
Ötən il Prezident Administrasiyasının saxlanılmasına xərclənən pulun məbləği – RƏQƏMLƏR24-05-2017, 18:27. Yazar: admin |
2016-cı ildə dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının saxlanılması xərcləri üçün 67610,7 min manat həcmində vəsait nəzərdə tutulub. İl ərzində dürüstləşmiş təyinata qarşı 67142,3 min manat maliyyələşmə açılıb. 66606,7 min manat və ya təyinatın 98,5%-i həcmində kassa xərci aparılıb. Modern.az-ın məlumatına görə, bu “ 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə qeyd edilib. Administrasiyanın saxlanılmasına sərf edilmiş vəsaitin 28915,5 min manatı (43,4%-i) əməkhaqqı xərclərinə, 6427,7 min manatı (9,6%-i ) əməkhaqqına üstəliyə, 2368,2 min manatı (3,6%-i) idarənin saxlanılmasına, 1839,4 min manatı (2,8%-i) ezamiyyə xərclərinə, 874,7 min manatı (1,3%-i) nəqliyyat xidmətləri haqqının ödənilməsinə, 3179,7 min manatı (4,8%-i) kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə, 3763,7 min manatı(5,6%-i) istehlak mallarının və materiallarının alınmasına, 442,2 min manatı (0,7%-i) təqaüdlər və sosial müavinətlərə, 18274,6 min manatı (27,4%-i) digər xərclərə, 521,0 min manatı (0,8%-i) qeyri-maliyyə aktivlərinə yönəldilib. Açılmış maliyyələşmədən ilin sonunda 535,6 min manat və ya 0,8% həcmində dövlət büdcəsinə qaytarılan vəsaitin 275,7 min manatı əməkhaqqı, 90,0 min manatı əməkhaqqına üstəlik, 20,3 min manatı idarənin saxlanılması, 3,3 min manatı ezamiyyə xərcləri, 0,3 min manatı nəqliyyat xidmətləri haqqının ödənilməsi, 42,9 min manatı kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi, 12,7 min manatı istehlak mallarının və materiallarının alınması, 46,2 min manatı təqaüdlər və sosial müavinətlər, 34,2 min manatı digər xərclər, 10,0 min manatı qeyri-maliyyə aktivlərinin alınması üzrə olub. AİA.az Geri dön |