Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Masallıda ağır qəza: yaralanan var

Masallıda ağır qəza: yaralanan var


16-10-2015, 13:40. Yazar: admin
Masallıda ağır qəza: yaralanan var



Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı şəhərində iki “VAZ” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub

Aia.az nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qəza nəticəsində avtomobillərdən birinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 09:58-də başa çatıb.
Geri dön