Ana Sayfa > Siyasət > Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı

Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı


23-05-2017, 18:41. Yazar: admin
Oqtay Əsədovun Latviyaya səfər proqramı açıqlandı



Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviyaya səfəri zamanı Azərbaycan və Latviya parlamentlərarası münasibətlərin möhkəmləndirilməsi məsələsini müzakirə edəcək.

Bunu Trend-ə Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.

Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Səfər zamanı parlament sədrinin Latviya prezidenti Raymond Veyonis, Seymin spikeri İnara Murnietse, baş nazir Maris Kuçinski və iqtisadiyyat naziri Arvil Aşeradenlə görüşəcəyi gözlənilir.

AİA.az
Geri dön