Ana Sayfa > Gündəm > "Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini

"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini


23-05-2017, 15:20. Yazar: admin
"Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır" - Mogerini



Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini tam dəstəkləməkdə davam edir.

AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqlı deyil: “Münaqişə tez bir zamanda beynəlxalq hüquq normaları çərçivəsində siyasi yolla həll olunmalıdır”.


AİA.az
Geri dön