Ana Sayfa > Siyasət > Binəli Yıldırım: Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək

Binəli Yıldırım: Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək


23-05-2017, 15:18. Yazar: admin
Binəli Yıldırım: Bakı-Tbilisi-Qars regionun taleyini dəyişəcək



Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regionun inkişafı üçün vacibdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Tbilisidə gürcü həmkarı Georgi Kvirikaşvili ilə birgə mətbuat konfransında deyib.

B.Yıldırım qeyd edib ki, yekun mərhələdə olan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi üçtərəfli əməkdaşlığın mühüm bəndidir.

Baş nazir bildirib ki, BTQ üçtərəfli ticari əməkdaşlığı da gücləndirəcək: "Bakı-Tbilisi-Qars layihəsi regionun taleyini dəyişəcək".


AİA.az
Geri dön