Ana Sayfa > Gündəm / Karusel > İslamiada zamanı neçə nəfərə tibbi yardım göstərilib? - Açıqlama
İslamiada zamanı neçə nəfərə tibbi yardım göstərilib? - Açıqlama23-05-2017, 13:12. Yazar: admin |
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları vaxtı beynəlxalq yarışa xidmətlə bağlı ayrılmış Bakı Sağlamlıq Mərkəzinə və Kliniki Tibbi Mərkəzə 69 müraciət daxil olub və müayinə aparılıb. Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 49 nəfərə zəruri ambulator yardım göstərilib, 25 nəfər isə stasionara yerləşdirilib. "Stasionara yerləşdirilənlərin müalicəsi uğurla həyata keçirilib. Müraciətlər müxtəlif xarakterlidir, əksəriyyəti yerli, kiçik travmalar və zədələrlə bağlıdır. Ölkəmizdə keçirilən IV İslam Həmrəylik Oyunları ilə bağlı səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərib, müraciət edən yerli və xarici vətəndaşlara bütün zəruri tibbi yardım göstərilib”. Qeyd edək ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ötən gün başa çatıb. AİA.az Geri dön |