Ana Sayfa > İdman / Karusel > IV İslam Həmrəyliyi Oyunları başa çatıb, Azərbaycan birinci olub
IV İslam Həmrəyliyi Oyunları başa çatıb, Azərbaycan birinci olub22-05-2017, 16:26. Yazar: admin |
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, paytaxtımızda təşkil olunan yarışa tennisçilərin mübarizəsi ilə yekun vurulub. Bununla, İslamiadada 268 dəst medal öz sahibini tapıb. 11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb. Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır. Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib. İndiyədək ən yaxşı nəticəmiz 2 il öncə Avropa Oyunlarında 2-ci pillədə qərarlaşmağımız idi. Azərbaycan millisi həm də İslamiadaların ənənəsini davam etdirib. Belə ki, Səudiyyə Ərəbistanı 2005-ci, İndoneziya 2013-cü ildə təşkil etdiyi Oyunların qalibi olmuşdu. Lakin qızıl medal sayında həmin ölkələri də geridə qoyan Azərbaycan mütləq rekord müəyyənləşdirib. 75 çempionluq yaşayan millimiz İslamiadalar tarixinin görünməmiş nəticəsinə imza atıb. Türkiyə millisinin qazandığı 195 medal da tarixə rekord kimi düşüb. Ümumilikdə isə yığmamız 75 qızılla yanaşı, 50 gümüş və 37 bürünc medal sevinci də yaşayıb. İkinci olan Türkiyə bizdən 4 qızıl az alıb. İlk "üçlüy”ü 98 mükafatla İran qapayıb. N Ölkə Qızıl Gümüş Bürünc Cəmi 1 Azərbaycan 75 50 37 162 2 Türkiyə 71 67 57 195 3 İran 39 26 33 98 4 Özbəkistan 15 17 31 63 5 Bəhreyn 12 5 4 21 6 Əlcəzair 7 12 21 40 7 Mərakeş 7 5 15 27 8 İndoneziya 6 29 23 58 9 Misir 6 5 7 18 10 Qırğızıstan 4 5 8 17 11 Səudiyyə Ərəbistanı 4 1 6 11 12 İordaniya 3 1 11 15 13 İraq 2 7 5 14 14 Qazaxıstan 2 5 12 19 15 Türkmənistan 2 4 7 13 16 Qətər 2 3 7 12 17 Nigeriya 2 3 1 6 18 Suriya Ərəb Respublikası 2 2 6 10 19 Tunis 1 3 8 12 20 Kamerun 1 2 6 9 21-22 Banqladeş 1 1 1 3 Seneqal 1 1 1 3 23 Qambiya 1 1 0 2 24-26 Benin 1 0 1 2 Qvineya-Bisau 1 0 1 2 Mozambik 1 0 1 2 27 Pakistan 0 3 9 12 28 Oman 0 3 4 7 29 Birləşmiş Ərəb Əmirliyi 0 1 3 4 30-31 Qayana 0 1 2 3 Surinam 0 1 2 3 32 Cibuti 0 1 1 2 33-34 Mali 0 1 0 1 Uqanda 0 1 0 1 35 Əfqanıstan 0 0 6 6 36-37 Fil Dişi Sahili 0 0 4 4 Tacikistan 0 0 4 4 38-39 Malayziya 0 0 2 2 Yəmən 0 0 2 2 40 Livan 0 0 1 1 Cəmi 269 267 350 886 Yığmamızın birinci olmasında döyüş növlərinin rolu böyükdü. Komandamızın hesabına ən çox medalı cüdoçular (paracüdo) yazdırıb. Bu siyahıda güləş ikincidi. Həmçinin taekvonda, boks, karate növləri də birinci olmağımıza töhfəsini verib. Medal sayında üçüncü olan növümü atletikadı (paraatletika). İslamiadada komanda idman növlərində də yetərində medal qazanıdıq. Basketbolçular, voleybolçular və futbolçular mübarizələrini mükafatla başa vurublar. Həndbol yığmamız isə 2 medaldan birinə sevinə bilib. İdmançılarımız yalnız su polosu və tennisdə medal qazana bilməyiblər. Növ Qızıl Gümüş Bürünc Cəmi Güləş 12 6 5 23 Cüdo/paracüdo 11 12 3 26 Atletika/paraatletika 10 4 4 18 Atıcılıq 6 3 1 10 Taekvondo 6 2 1 9 İdman gimnastikası 5 5 2 11 Karate 5 2 3 10 Bədii gimnastika 4 2 2 9 Üzgüçülük 4 0 2 6 Boks 3 3 1 7 Suyatullanma 2 2 2 6 Basketbol 2 0 0 2 Zorxana 1 3 3 7 Voleybol 1 1 0 2 Ağır atletika 1 0 3 4 Futbol 1 0 0 1 Həndbol 1 0 0 1 Uşu 0 3 3 6 Stolüstü tennis 0 2 2 4 Su polosu 0 0 0 0 Tennis 0 0 0 0 Geri dön |