Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Berlində İŞİD-ə döyüşçü yığan çeçen əsilli imam tutuldu

Berlində İŞİD-ə döyüşçü yığan çeçen əsilli imam tutuldu


16-10-2015, 12:57. Yazar: admin
Berlində İŞİD-ə döyüşçü yığan çeçen əsilli imam tutuldu

Almaniyanın paytaxtı Berlinin Moabit rayonunda yerləşən məscidin imamı olan Rusiya vətəndaşı həbs edilib

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Berlin prokurorluğu imamı İŞİD terror qruplaşması üçün gənclər toplamaqda ittiham edib.

Prokurorluğun məlumatına görə, imam oktyabrın 14-də həbs edilib.

Dağıstan Respublikasının sakini olan Murad A. milliyyətcə çeçendir. Onun Almaniyadakı çeçen icmasında əhəmiyyətli təsirə malik olduğu bildirilir.
Geri dön