Ana Sayfa > Gündəm / Manşet > Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək

Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək


22-05-2017, 16:20. Yazar: admin
Gürcüstan, Türkiyə və Azərbaycan birgə təlimlər keçirəcək




Gürcüstan, Türkiyə və Azərbaycan bu ilin iyun və sentyabr aylarında birgə təlimlər keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria azərbaycanlı həmkarı Zakir Həsənovla görüşündən sonra deyib.

Onun sözlərinə görə, bu planları müzakirə etmək üçün mayın 23-də Türkiyənin müdafiə naziri Fikri İşığın da qatılacağı üçtərəfli görüş keçiriləcək.

L.İzoria qeyd edib ki, 4-14 iyun tarixlərində Türkiyədə hər üç ölkənin xüsusi əməliyyat qüvvələrinin iştirak edəcəyi “Caucasus Eagle” təlimləri keçiriləcək.

AİA.az
Geri dön