Ana Sayfa > Siyasət / Karusel > İranın taleyi həll olunur - Ruhani və Xamneyi səs verdi

İranın taleyi həll olunur - Ruhani və Xamneyi səs verdi


19-05-2017, 11:28. Yazar: admin
İranın taleyi həll olunur - Ruhani və Xamneyi səs verdi



İran prezidentliyinə ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani səs vermək üçün seçki məntəqəsinə gəlib.

AzVision.az-ın “İRNA” ya istinadən verdiyi xəbərə görə, səs verdikdən sonra jurnalistlərə açıqlama verən Ruhani bildirib ki, xalqın seçkilərdə iştirakı ölkənin milli təhlüksəzilyini möhkəmləndirir: “Ölkə prezidenti seçilən hər hansı namizədə yardım etmək lazımdır”-deyə Ruhani, bildirib.



Bundan başqa İranın ali lideri Ayətullah Seyid Əli Xamneyi də seçkilərdə səs verib. O, qısa olaraq deyib: “Prezident seçkiləri çox vacibdir. Xalq dövlət başçısı seçkməklə ölkənin taleyini həll edir”.

Eyni zamanda İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də səsvermədə iştirak edib.



Hazırda İranda 12-ci prezident seçkiləri keçirilir. Prezident seçkiləri ilə paralel şəhər Şuralarına və parlamentə əlavə seçkilər keçirilir. İranda 56 milyon nəfər səsvermə hüququna malikdir. Olardan 1,3 milyon nəfəri ilk dəfə səs verəcək. Ümumilikdə isə 63 min seçki məntəqəsi açılıb.

Bundan başqa xaricdə yaşayan ölkə vətəndaşları üçün 102 ölkədə 310 seçki məntəqəsi fəaliyyət göstərəcək.



İran prezidentiliyinə dörd nəfər öz namizədliyini irəli sürüb: hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim. Ölkənin seçki qanunvericiliyinə əsasən, namizədlər qalib gəlmək üçün seçicilərin 50 faizinin səsini toplamalıdır. Əks təqdirdə bir həftə sonra ən çox səs toplamış iki namizədin iştirakı ilə təkrar seçkilər keçiriləcək.

AİA.az
Geri dön