Ana Sayfa > Şou-biznes / Aia TV / Karusel > Ukrayna Rusiyadan Krımla Donbasa görə 1 trilyon istəyir
Ukrayna Rusiyadan Krımla Donbasa görə 1 trilyon istəyir15-10-2015, 19:43. Yazar: admin |
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır. Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər. Yatsenyuk Rusiyanı borcun restrukturizasiya olunması ilə bağlı mövqeyini oktyabrın 29-dək bildirməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir. Rusiya rəsmiləri bundan əvvəl borcu restrukturizasiya etməkdən imtina etdiklərini bildirərək Ukraynanın borcunu tam həcmdə ödəməli olacağını diqqətə çatdırmışdılar. Prezident Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın mövqeyində dəyişikliyin baş vermədiyini təsdiqləyib. Peskovun kompensasiya tələbinə cavabı isə belə olub: “Krım - Rusiya ərazisidir, Donbas - Ukrayna ərazisi. Trilyon haradan çıxdı?” (virtual.org) Geri dön |