Ana Sayfa > Siyasət > Hadi Rəcəbli: Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır

Hadi Rəcəbli: Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır


18-05-2017, 17:03. Yazar: admin
Hadi Rəcəbli: Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır



Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə dünyaya daha bir mesaj göndərdi.

Trend-in məlumatına görə, bunu İslamiadanın azərbaycanlı qaliblərinin mükafatlandırma mərasimində iştirak edən millət vəkili Hadi Rəcəbli deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, sülhsevər, idmansevər və əminaman dövlətdir: "Azərbaycan sübut etdi ki, həmrəylik sevən, qonaqpərvər dövlətdir. Bu il Azərbaycanda "Həmrəylik ili" elan olunub. Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AİA.az
Geri dön