Ana Sayfa > Gündəm > Paytaxtın bu avtomobil yolunda hərəkət məhdudlaşdırılır

Paytaxtın bu avtomobil yolunda hərəkət məhdudlaşdırılır


18-05-2017, 16:38. Yazar: admin
Paytaxtın bu avtomobil yolunda hərəkət məhdudlaşdırılır



Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.

AİA.az
Geri dön