Ana Sayfa > Gündəm / Manşet > "339 uşaq dövlət himayəsində yaşayır" - Nazir müavini

"339 uşaq dövlət himayəsində yaşayır" - Nazir müavini


18-05-2017, 12:50. Yazar: admin
"339 uşaq dövlət himayəsində yaşayır" - Nazir müavini



"Ölkəmizdə sosial xidmət sahəsində böyük islahatlar aparılır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Milli Məclisdə Azərbaycanda sosial xidmət sisteminin, hüquqi iqtisadi və təşkilatı əsasları haqqında qanunun dinləmələri zamanı deyib.

Nazir müavini bildirib ki, hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşaq tam dövlət nəzarətində yaşayır:

"2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb. Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü binanın inşasına başlanılıb. Bizim imkanımız varki belə binaların sayını artıraq və bu cür gənclərin problemini aradan qaldırmağa nail olaq”.

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq, Azərbaycanda bir neçə məsələni ortaya qoyub: "Qanunda sosial işçi ilə sosial xidmətçilər işi bir-birindən ayrıldı. Bu sahə üzrə layihələrin icrasına bələdiyylər, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.(azvision.az)

AİA.az
Geri dön