Ana Sayfa > Gündəm / Karusel > İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub
İŞİD-in İraqda törətdiyi terror aktlarında 10 hərbçi həlak olub18-05-2017, 10:32. Yazar: admin |
İŞİD qruplaşmasının İraqın Mosul şəhərinin qərbində törətdiyi terror aktları zamanı 10 hərbçi həlak olub. AİA.az-ın Report-a istinadla məlumatına görə, bu barədə İraqın federal polisinin nümayəndəsi Əddi Abdülvahab əs-Səidi xəbər verib. Polis nümayəndəsinin sözlərinə görə, terror aktlarından biri Rıfai rayonunda təşkil olunub. Belə ki, kamikadze minalanmış avtomobili Terrorizmlə Mübarizə Bölməsinin əməkdaşlarının yaxınlığında partladıb. Nəticədə 3 hərbçi ölüb. Daha iki terror aktı isə Mosulun qərbində, Uraybi rayonunda baş verib. Nəticədə 7 hərbi xidmətçi həlak olub. AİA.az Geri dön |