Ana Sayfa > Parlament / Aia TV / Karusel > Maaşını ala bilməyən fəhlə intihar etmək istədi
Maaşını ala bilməyən fəhlə intihar etmək istədi15-10-2015, 16:35. Yazar: admin |
Bakıda bu gün şəxsiyyəti hələ məlum olmayan kişi özünü öldürmək istəyib Xəbərə görə, H.Cavid prospektində yerləşən və tikintisi davam etdirilən binada bir nəfər özünü atmaq istəyib. Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, intihar etmək istəyən şəxs həmin binada işləyən fəhlədir. O, 200 manat əməkhaqqını ala bilmədiyi üçün özünü öldürmək istəyib. Keçirilən əməliyyat tədbirləri nəticəsində kəndir vasitəsilə binanın damından düşən FHN əməkdaşı özünü öldürmək istəyən fəhləni xilas edib. Geri dön |