Ana Sayfa > Cəmiyyət / Karusel > Bakıda güclü yanğın: 35 nəfər təxliyyə edilib

Bakıda güclü yanğın: 35 nəfər təxliyyə edilib


17-05-2017, 11:23. Yazar: admin
Bakıda güclü yanğın: 35 nəfər təxliyyə edilib



Bakıda yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xilas edilib, 35 nəfər təxliyə olunub.

AİA.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci girişində baş verib. Nəticədə girişin şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkən qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər xilas edilib, 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AİA.az
Geri dön