Ana Sayfa > İdman > Ağır atletimiz İslamiadanı bürünc medalla başa vurdu -YENİLƏNİB
Ağır atletimiz İslamiadanı bürünc medalla başa vurdu -YENİLƏNİB16-05-2017, 18:57. Yazar: admin |
Azərbaycanın ağır atleti Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub. AİA.az-ın məlumatıan görə, bu gün çəkisi 94 kq olan kişilər körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar. N.Nəbiyev birdən qaldırma hərəkətində 162 kq, təkanla qaldırma hərəkətində 198 kq-ı ram edib. Toplam 360 kq (162+198) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub. R.Fətullayev isə birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub. Bu çəki dərəcəsində qızıl medala toplam 381 kq (169+212) nəticə ilə iranlı atlet Əyyub Musəvi sahib çıxıb. Gümüş medalı isə 380 kq (170+210) nəticə ilə özbəkistanlı Farxodbek Sobirov qazanıb. Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. AİA.az Geri dön |