Ana Sayfa > Gündəm / Karusel > Qızına 400 minlik toy edən məmur danışdı

Qızına 400 minlik toy edən məmur danışdı


16-05-2017, 18:16. Yazar: admin
Qızına 400 minlik toy edən məmur danışdı



Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib.

AİA.az xəbər verir ki, Qüdrət Şükürov Ölkə.az-a açıqlamasında barəsində cinayət işinin açılması və işdən qovulması barədə yayılan məlumatları təkzib edib.

"Mənim haqqımda heç bir cinayət işi və sairə açılmayıb, işdən çıxarılmamışam. Bu cür xəbərlər yalandır. Mən işimin-gücümün başındayam. Kimlərsə ağıllarına gələn xəbərlər yayırlar. Mənim işim-gücüm yoxdur? İndi durub bu adamlara vaxt sərf etmək istəmirəm. Bizi şərləyən adam artıq məhkəməyə də verilib”, - o bildirib.

Xatırladaq ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (Bandotdel) tərəfindən "Bakılifttəmir” İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri, həmçinin, "Bakı Lift”in baş direktoru Qüdrət Şükürovla bağlı araşdırmalara başlanılması barədə xəbərlər yayılmışdı.

AİA.az
Geri dön