Ana Sayfa > Siyasət / Manşet > “Rusiyadakı sonuncu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir”

“Rusiyadakı sonuncu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir”


16-05-2017, 13:51. Yazar: admin
“Rusiyadakı sonuncu addım Azərbaycana qarşı düşmənçilik mövqeyidir”



“Bu məsələ ilk növbədə Rusiyanın sərbəst toplaşmaq məsələsinə olan, vətəndaşına olan münasibətidir. Biz Azərbaycanda rus dilini və mədəniyyətini inkişaf etdirmirik ki, bu, Rusiyanın xoşuna gəlsin. Sadəcə biz burada yaşayanlara qarşı adekvat münsaibəti göstəririk”.

Modern.az xəbər verir ki, bunun Milli Məclisin iclasında vitse-spiker Bahar Muradova Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunmasına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda tolerantlıq hökm sürür və burada yaşayan istənilən xalqa hörmət var.

“Amma təbii ki, biz də istərdik ki, başqa ölkədə yaşayan azərbaycanılılara da belə münsiabət göstərilsin. Rusiyada Azərbaycanı sevməyən dairələr var. Lakin uzun illər iki ölkə arasında münasibətlər inkişaf səviyyəsinə gəlib çıxıbsa, demək ki, orada bizi sevənlər də çoxdur. Bu, onların politoloqları, siyaətçiləri tərəfindən açıq şəkildə deyilir. Sonuncu addım isə Azərbaycana qarşı düşmənçilik mövqeyidir”-deyə Bahar Muradova bildirib.

Milli Məclis sədrinin müavini qeyd edib ki, Rusiyanı bu hərəkətlərdən çəkindirmək üçün imkanları işə salmağa çalışmalıyıq.

“Bu məsələlər hüquq müstəvisində həll olunmalıdır. Düşünürəm ki, məsələ öz həllini tapacaq. Azərbaycanlı Rusiya vətəndaşlarından tələb olunur ki, onlar buraxdığı nöqsanları aradan qaldırsınlar. Birliyə həmrəyliyə dostluğa vahid mövqedən çıxş etməyə söykənərək məsələnin həllində vasitəçi olsunlar. ÜAK-ın burada mövqeyi əsasdır. Məsələ yaxın zamanda həllini tapacaq”.

AİA.az
Geri dön