Ana Sayfa > Siyasət > “Türkiyəni İordaniyaya dəyişə bilərik” – Merkel

“Türkiyəni İordaniyaya dəyişə bilərik” – Merkel


15-05-2017, 17:21. Yazar: admin
“Türkiyəni İordaniyaya dəyişə bilərik” – Merkel



İncirlik aviabazasına alternativ axtarmaq məcburiyyətindəyik.AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.

"Bu, çətin prosesdir. Danışıqları davam etdirəcəyik, amma, eyni zamanda bu mandat əsasında nə edə biləcəyimizi nəzərdən keçirəcəyik. Bu, "İncirliy"ə alternativ axtarmaq deməkdir. Mümkün alternativlər arasında, məsələn, İordaniya var", - Merkel vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Türkiyə rəsmiləri alman deputatları "İncirlik" hərbi bazasında olan Almaniya hərbçilərinə baş çəkmələrinə icazə verməyib.
Geri dön