Ana Sayfa > Gündəm / Manşet > Balıqların iqlimləşdirilməsi zamanı bəzi qadağalar tətbiq ediləcək

Balıqların iqlimləşdirilməsi zamanı bəzi qadağalar tətbiq ediləcək


15-05-2017, 10:27. Yazar: admin
Balıqların iqlimləşdirilməsi zamanı bəzi qadağalar tətbiq ediləcək



Nazirlər Kabineti (NK) "Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması Qaydaları”nı təsdiq edib.
Qaydalara əsasən, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılmasını nəzərdə tutur.

Təbii balıqçılıq su obyektlərinə onların çıxışının maneələrlə məhdudlaşdırılmadığı şəraitdə (açıq şəraitli akvakultura) balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin həyata keçirilməsinə yol verilmir. Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi balıq və digər su bioresurslarının təbii balıqçılıq su obyektlərində olan aborigen növlərinın populyasiyasının vəziyyətinə və onların məskunlaşdığı mühitə, miqrasiya və çoxalma şəraitinə mənfi təsir göstərməməlidir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün endemik, genetik modifikasiya olunmuş və toksiki növ balıq və digər su bioresurslarından istifadəyə yol verilmir.

Balıqçılıq subyektləri tərəfindən balıq və digər su bioresurslarının iqlimləşdirilməsinin səmərəliliyinin təmin edilməsi, onların buraxılması üçün nəzərdə tutulan balıqçılıq su obyektlərində hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz balıq növlərinin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılmasında əlverişli şəraitin təmin edilməsi məqsədi ilə balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinın yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti öz səlahiyyət istiqamətlərinə uyğun balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarının iqlimləşdirilməsini bəzi hallarda məhdudlaşdırılacaq. Məhdudlaşdırma bioloji və texnoloji əsaslandırmada müəyyən olunmayan təbii su obyektlərinə balıq və digər su bioresurslarının iqlimləşdirilmiş növlərin düşməsi təhlükəsi yaradıldıqda, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi nəticəsində su obyektinin vəziyyəti təbii mühitə və insan sağlamlığına təhlükə doğurduqda, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi çərçivəsində təbii su obyektlərinə axıdılan suyun ekoloji və sanitariya normalarına uyğun olmadığı müəyyən edildikdə, balıqçılıq subyektlərinin fəaliyyəti nəticəsində iqlimləşdirilən balıq və digər su bioresursları kütləvi məhv olunduqda tətbiq ediləcək.

AİA.az
Geri dön