Ana Sayfa > İdman > Bakı-2017: 8-ci günün TƏQVİMİ

Bakı-2017: 8-ci günün TƏQVİMİ


15-05-2017, 10:26. Yazar: admin
Bakı-2017: 8-ci günün TƏQVİMİ



Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 8-ci gününə start verilir.

AİA.az-ın məlumatına görə, bu gün 49, 56, 69 və +91 kq çəki dərəcələrində boksçuların mübarizəsi davam edəcək. Azərbaycanı bu çəki dərəcələrində müvafiq olaraq Rüfət Hüseynov, Tayfur Əliyev, Tamerlan Abdullayev və Məhəmmədrəsul Məcidov təmsil edirlər.
12:00 - 14:00
Kişilər - birinci ən yüngül çəki (46-49 kq)
Kişilər - yarım-yüngül çəki (56 kq)
18:00 - 20:00
Kişilər - yarım-orta çəki (69 kq)
Kişilər - superağır çəki (+91 kq)
X X X
Bu gün futbol turnirində qrup oyunlarına yekun vurulacaq. Millimiz A qrupunda Mərakeş yığması ilə qarşılaşacaq.
12:30 - 14:30
Kişilər - komanda qrup oyunu B6 (Türkiyə - Fələstin)
12:30 - 14:30
Kişilər - komanda qrup oyunu B5 (Oman - Əlcəzair)
18:30 - 20:30
Kişilər - komanda qrup oyunu A5 (Kamerun - Səudiyyə Ərəbistanı)
18:30 - 20:30
Kişilər - komanda qrup oyunu A6 (Mərakeş - Azərbaycan)
X X X
İdman gimnastikası yarışlarında kişilər arasında sərbəst hərəkətlər, parallel qollar, halqalar, dayaqla tullanma, turnik və dəstəli atda, qadın gimnastlar arasında isə dayaqla tullanma, müxtəlif hündürlüklü qollar, sərbəst hərəkətlər və gimnastika tirində qaliblər müəyyənləşəcək.
Azərbaycanı kişilərin yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların mübarizəsində isə Marina Nekrasova, Yuliya İnşina və Ekaterina Tişkova təmsil edirlər.
X X X
Oyunların 8-ci günündə kişi və qadınlardan ibarət cüdo komandaları yarışacaq.
10:00 - 15:27
Kişilər - komanda
Qadınlar - komanda
15:33 - 18:32
Kişilər - komanda
Qadınlar - komanda
X X X
Atıcılıq yarışlarında isə qadınlar arasında 50 m məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş, dairəvi stend və komanda halında səngər stendi üzrə, kişilər arasında isə 50 m məsafəyə tapança ilə və 25 metr məsafəyə standart tapança ilə atəş açma üzrə ən güclülər məlum olacaq.
X X X
Həmçinin üzgüçülük yarışlarında həyəcan davam edəcək. Kişi idmançılar 50 m sərbəst, 100 m brass, 400 m fərdi kompleks, 100 m arxa üstə və 4X200 m sərbəst estafet, qadın üzgüçülər isə 200 m batterflay (delfin), 100 və 1500 m sərbəst, 100 m brass və 200 m arxa üstə üzmə üsulunda qalibləri müəyyənləşdirəcəklər.
X X X
Tennis turnirində kişilər və qadınlardan ibarət komandalar arasında ən güclülər məlum olacaq.
10:00 - 18:00
Kişilər komanda - Finallar
Kişilər komanda - Medal mərasimi
Qadınlar komanda - Medal mərasimi
Qadınlar komanda A qrupu - Seçmə mərhələsi
X X X
Voleybol yarışlarında qrup mərhələsinin oyunları davam edir.
10:00 - 12:30
Kişilər - komanda qrup oyunu A5 (Türkiyə - Pakistan)
19:00 - 21:30
Qadınlar - komanda qrup oyunu A5 (Türkiyə - Qırğızıstan)
21:30 - 23:59
Kişilər - komanda qrup oyunu B5 (Qətər - Səudiyyə Ərəbistanı)
X X X
Su polosunda millimiz Türkiyə ilə qarşılaşacaq.
16:30 - 17:30
Kişilər - komanda qrup oyunu A3-A4 (Səudiyyə Ərəbistanı - İndoneziya)
18:00 - 19:00
Kişilər - komanda qrup oyunu A1-A5 (Azərbaycan - Türkiyə)
X X X
Bu gün, həmçinin ağır atletikada ən ağır çəkini başı üzərinə qaldıran idmançılar məlum olacaq.
12:00 - 18:00
Qadınlar 63 kq
Kişilər 69 kq
Qadınlar 69 kq
Qadınlar 75 kq
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AİA.az
Geri dön