Ana Sayfa > İdman / Karusel > Azərbaycan İslamiadada ilk medalını qazandı
Azərbaycan İslamiadada ilk medalını qazandı13-05-2017, 12:49. Yazar: admin |
IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib. AİA.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib. Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib. Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə - Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək. AİA.az Geri dön |