Ana Sayfa > Təhsil / Karusel > Müəllim imtahanda ölməyib - Nazirlik açıqlama yaydı
Müəllim imtahanda ölməyib - Nazirlik açıqlama yaydı12-05-2017, 11:50. Yazar: admin |
Təhsil Nazirliyi diaqnostik qiymətləndirmə imtahanı zamanı öldüyü deyilən müəllimlə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, ötən gün bir neçə media orqanında Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın (Babayeva) vəfatı ilə əlaqədar yanlış məlumat yerləşdirilib. "Həmin məlumatda qeyd olunur ki, müəllim diaqnostik qiymətləndirmə zamanı dünyasını dəyişib. Müəllimin harda dünyasını dəyişməsindən asılı olmayaraq, biz ona Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə başsağlığı veririk. Ancaq fakt budur ki, Qax rayonu Turaclı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Gülxar Qazıyevanın mayın 11-də dərs zamanı halı pisləşib, yüksək qan təzyiqi diaqnozu ilə xəstənaya yerləşdirilib və burada vəfat edib”. Nazirlikdən bildirilib ki, Gülxar Qazıyevanın diaqnostik qiymətləndirmədə iştirak vaxtı mayın 13-də nəzərdə tutulmuşdu.(azvision) AİA.az Geri dön |