Ana Sayfa > Gündəm / Karusel > Bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb - SƏBƏB?
Bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb - SƏBƏB?12-05-2017, 11:45. Yazar: admin |
Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb. AİA.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb: "Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”. AİA.az Geri dön |