Ana Sayfa > İdman > "Mən satqın deyiləm" - Stadnik

"Mən satqın deyiləm" - Stadnik


11-05-2017, 16:42. Yazar: admin
"Mən satqın deyiləm" - Stadnik



Sərbəst güləş üzrə Avropa çempionu Mariya Stadnik ukraynalı jurnalistlərə Azərbaycan millisinə keçməsinin səbəbini açıqlayıb.

AzVision.azUkrayna KİV-nə istinadən xəbər verir ki, güləşçi Azərbaycan millisini təmsil etdiyinə görə, bir çoxları tərəfindən satqın adlandırıldığını deyib.
"Məni Azərbaycan üçün çıxış etməyə məcbur edən şəraiti bilmədən satqın adlandırırlar. Mənə tez-tez satıldığımı deyirlər. Bu, düzgün deyil. Əslində məni satıblar. Ukrayna federasiyası mənim keçidim üçün kifayət qədər vəsait alıb. Mən satılmamışam, məni satıblar. Dəqiq məbləği artıq xatırlamıram, təxmini məbləği isə daha sonra məni yalan deməkdə ittiham etməmələri üçün demirəm. Lakin bu həmin vaxt üçün kifayət qədər yaxşı məbləğ idi”, - deyə Stadnik vurğulayıb.

Xatırladaq ki, Mariya Stadnik Rio Olimpiadasında gümüş medal qazanıb.

AİA.az
Geri dön